...

Braziliyada avtobusu girov götürən şəxs güllələnib - sərnişinlər azad edilib

Dünya xəbərləri Materials 20 Avqust 2019 17:47 (UTC +04:00)
Rio-de-Janeyroda avtobusda sərnişinləri girov götürən silahlı şəxs zərərsizləşdirilib.
Braziliyada avtobusu girov götürən şəxs güllələnib - sərnişinlər azad edilib

Bakı. Trend:

Rio-de-Janeyroda avtobusda sərnişinləri girov götürən silahlı şəxs zərərsizləşdirilib.

Trend-in məlumatına görə, 31 nəfəri 3 saat avtobusda girov saxladıqdan sonra cinayətkar snayperlə neytrallaşdırılıb. O, aldığı xəsarətdən ölüb.

Avtobusda 31 nəfər olub. Onlar 3 saat girovluqda qalıb. Girovların vəziyyəti barədə məlumat verilmir. İnsident yerinə bir neçə təcili yardım avtomobili gəlib.

Qeyd edək ki, səhər saatlarında silahlı və maskalı şəxs körpünün üzərində sərnişin avtobusunu saxlayaraq nəqliyyat vasitəsini yandıracağı ilə hədələyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti