...

Türkiyə SQ İraqın şimalında 15 terrorçunu zərərsizləşdirib

Dünya xəbərləri Materials 26 Avqust 2019 07:54 (UTC +04:00)
İraqın şimalındakı "Pençe-3" əməliyyatı çərçivəsində Türkiyə Silahlı Qüvvələri altı PKK terrorçusunu zərərsizləşdirib
Türkiyə SQ İraqın şimalında 15 terrorçunu zərərsizləşdirib

Bakı. Trend:

İraqın şimalındakı "Pençe-3" əməliyyatı çərçivəsində Türkiyə Silahlı Qüvvələri altı PKK terrorçusunu zərərsizləşdirib.

Trend-in Türkiyənin Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, hava əməliyyatı zamanı dörd terrorçu, atışma zamanı isə iki terrorçu zərərsizləşdirilib.

Beləliklə, "Pençe-3" əməliyyatı zamanı cəmi 15 terrorçu zərərsizləşdirilib.

Xatırladaq ki, mayın 27-i Türkiyə Hərbi Hava Qüvvələri və Silahlı Qüvvələri İraqın şimalında yerləşən Kərkük rayonunda "Pənçə" (Pəncə) adı alan irimiqyaslı əməliyyata başlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti