...

Kongoda 24 nəfər avtobusun qəzaya uğraması nəticəsində həyatını itirib

Dünya xəbərləri Materials 20 Oktyabr 2019 19:06 (UTC +04:00)
Konqoda ölkənin qərbindəki Mbansa-Ngungu şəhəri yaxınlığındakı avtobus qəzasında ən az 24 nəfər adam ölüb
Kongoda 24 nəfər avtobusun qəzaya uğraması nəticəsində həyatını itirib

Bakı, Trend:

Konqoda ölkənin qərbindəki Mbansa-Ngungu şəhəri yaxınlığındakı avtobus qəzasında ən az 24 nəfər adam ölüb.

Trend-in məlumatına görə, avtobus dağdan enərkən aşıb.

Qeyd edək ki, avtobusda mallarını daşıyan 100-ə yaxın alverçi varıydı, onlardan ən azı 24-ü ölüb. Avtomobil qəzasının dəqiq səbəbi hələ bilinmir, lakin şahidlər bunun əyləc sistemindəki nasazlıq səbəbiylə baş verə biləcəyini söyləyirlər.

Qurbanların dəqiq sayı barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti