...

Suriyada silahlılar Rusiya aviabazasına hücum etməyə cəhd ediblər

Dünya xəbərləri Materials 24 Dekabr 2019 05:24 (UTC +04:00)
Suriyada qanunsuz silahlı qruplaşmalar pilotsuz uçuş aparatları ilə Rusiyanın Hmeymim aviabazasına hücum etməyə cəhd ediblər
Suriyada silahlılar Rusiya aviabazasına hücum etməyə cəhd ediblər

Bakı. Trend:

Suriyada qanunsuz silahlı qruplaşmalar pilotsuz uçuş aparatları ilə Rusiyanın Hmeymim aviabazasına hücum etməyə cəhd ediblər.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Yuri Borenkov deyib.

Y.Borenkov bildirib: "Dekabrın 22-si axşam saatlarında qeyri-qanuni silahlı qruplaşmaların üzvləri pilotsuz uçuş aparatlardan (PUA) istifadə edərək Rusiyanın Hmeymim aviabazasına hücum etməyə cəhd ediblər. Saat 23:02-də Rusiyanın hava hücumundan müdafiə sistemləri aviabazaya cənub-şərq istiqamətindən yaxınlaşan 2 PUA aşkar edib və məhv ediblər".

Onun sözlərinə görə, xəsarət alanlar olmayıb, aviabazaya maddi ziyan dəyməyib, aviabaza "plan üzrə fəaliyyət göstərir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti