...

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı oğlu həbs edildi

Dünya xəbərləri Materials 24 Dekabr 2019 12:52 (UTC +04:00)
Yerevan məhkəməsi Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyan həbs olunması barədə hökm çıxarıb.
Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı oğlu həbs edildi

Bakı. Trend:

Yerevan məhkəməsi Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyanın həbs olunması barədə hökm çıxarıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.

Qeyd edək ki, Narek Sarkisyan bir neçə gün əvvəl Çexiyadan Ermənistana gətirilmişdi.

N.Sarkisyan silah və narkotik vasitələr saxlama, fırıldaq ittihamları ilə axtarışa verilmişdi. O, həmçinin “adam oğurluğu”nda şübhəli bilinir.

N.Sarkisyan bir müddət əvvəl Praqada saxta Qvatemala pasportu ilə saxlanmışdı. Çexiya Ədliyyə Nazirliyi onun Ermənistana ekstradisiyası barədə qərar çıxarmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti