...

Naməlum koronavirus Cənubi Koreyaya da çatdı

Dünya xəbərləri Materials 20 Yanvar 2020 09:44 (UTC +04:00)
Cənubi Koreyada yeni tip koronavirusa yoluxma halı qeydə alınıb
Naməlum koronavirus Cənubi Koreyaya da çatdı

Bakı. Trend:

Cənubi Koreyada yeni tip koronavirusa yoluxma halı qeydə alınıb.

Trend-in məlumatına görə, bu xəstəliyə yoluxan şəxs Çinin Uhan şəhərindən İnçhon şəhərinə gələn çinli qadın olub.

Hazırda həmin qadın karantinə alınıb, müalicəsi davam edir.

Qeyd edək ki, Çinin özündə naməlum koronavirusdan ölənlərin sayı 3 nəfərə, yoluxanların sayı isə 198 nəfərə çatıb.

Bundan başqa naməlum koronavirus Yaponiya və Tailandda da aşkar edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti