...

İran Çindən gələn səyahətçiləri karantinə yerləşdirəcək

Dünya xəbərləri Materials 3 Fevral 2020 00:27 (UTC +04:00)
İran yeni növ koronavirus səbəbindən Çindən ölkəyə gələn bütün səyahətçiləri karantinə yerləşdirəcək
İran Çindən gələn səyahətçiləri karantinə yerləşdirəcək

Bakı. Trend:

İran yeni növ koronavirus səbəbindən Çindən ölkəyə gələn bütün səyahətçiləri karantinə yerləşdirəcək.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə İran hökumətinin informasiya portalında yerləşdirilən məlumatda deyilir.

Bildirilir ki, Çindən gələn səyahətçilərə qarşı karantin Səhiyyə və Tibbi Təhsil Nazirliyi tərəfindən verilən tapşırığa əsasən tətbiq edilir.

Qeyd edək ki, Çində 13,8 mindən artıq insan 2019-nCoV koronavirusuna yoluxub. 2019-nCoV koronavirusundan ölənlərin sayı 304 nəfərə çatıb.

Çindən əlavə yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Finlandiya, Rusiya və Almaniyada da qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti