...

İran tələbələrin təxliyəsi üçün Uhan şəhərinə təyyarə göndərir

Dünya xəbərləri Materials 3 Fevral 2020 19:54 (UTC +04:00)
İran sabah (4 fevral) 70 iranlı tələbənin ölkəyə qaytarılması üçün Çinin Uhan şəhərinə təyyarə göndərəcək.
İran tələbələrin təxliyəsi üçün Uhan şəhərinə təyyarə göndərir

Bakı. Elnur Bağışov - Trend:

İran sabah (4 fevral) 70 iranlı tələbənin ölkəyə qaytarılması üçün Çinin Uhan şəhərinə təyyarə göndərəcək.

Trend-in məlumatına görə, bunu İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Səid Nəməki deyib. Onun sözlərinə görə, təyyarədə İranın infeksiya və təcili yardım üzrə 5 peşəkar mütəxəssisi olacaq.

Nəməki əlavə edib ki, tələbələr ölkəyə gətirildikdən sonra 2 həftə karantində qalacaq: "İranda indiyədək yeni koronavirusa yoluxma halı qeydə alınmayıb".

Qeyd edək ki, Çində 17,2 mindən artıq insan 2019-nCoV koronavirusuna yoluxub. 2019-nCoV koronavirusundan ölənlərin sayı 361 nəfərə çatıb. Çindən əlavə, yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Finlandiya, Rusiya və Almaniyada da qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti