...

İranın daxili işlər naziri: Seçici fəallığı 42,5 faiz olub

Dünya xəbərləri Materials 23 Fevral 2020 16:39 (UTC +04:00)
İranda 11-ci parlament və Ekspertlər Şurasının 5-ci dövri seçkilərində seçicilərin iştirakı 42,5 faiz olub
İranın daxili işlər naziri: Seçici fəallığı 42,5 faiz olub

Bakı. Elnur Bağışov - Trend:

İranda 11-ci parlament və Ekspertlər Şurasının 5-ci dövri seçkilərində seçicilərin iştirakı 42,5 faiz olub.

Trend-in məlumatına görə, bunu İranın daxili işlər naziri Əbdülrza Rəhmani mətbuat konfransında deyib.

Ə.Rəhmaninin sözlərinə görə, ümumilikdə 24,5 milyon nəfər (24 512 404 nəfər) seçkilərdə iştirak edib.

Rəhmani əlavə edib ki, seçici fəallığında 48%-i qadın, 52%-i kişi olub.

İranın daxili işlər naziri İranda səsvermə hüququna malik şəxslərin 57,9 milyon nəfər olduğunu və onun 2,93 milyon nəfərinin ilk dəfə səsvermədə iştirak etdiyini deyib.

Rəhmaninin sözlərinə görə, parlament seçkilərində 5 233 nəfər, Ekspertlər Şurasının dövri seçkilərində 53 nəfər mübarizə aparıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti