...

Türkiyədə koronavirusa yoluxanların sayı artdı

Dünya xəbərləri Materials 14 Mart 2020 10:37 (UTC +04:00)
Türkiyədə koronavirusa yoluxanların sayı 5 nəfərə çatıb
Türkiyədə koronavirusa yoluxanların sayı artdı

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyədə koronavirusa yoluxanların sayı 5 nəfərə çatıb.

Trend-in məlumatına görə, bunu ölkənin səhiyyə naziri Fəxrəddin Qoca elan edib.

O bildirib ki, Türkiyə hökuməti koronavirusun ölkə ərazisində yayılmaması üçün əlindən gələni edir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də COVİD-19 koronavirusunu pandemiya elan edib.

Dünyanın 120-dən çox ölkəsində 130 mindən artıq insan koronavirusa yoluxub.

Onlardan əksəriyyəti sağalıb, lakin 5 mindən artıq xəstə dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti