...

Tramp Nyu-Yorkda karantinin tətbiq edilməsini nəzərdən keçirir

Dünya xəbərləri Materials 29 Mart 2020 05:28 (UTC +04:00)
ABŞ prezidenti Donald Tramp yeni növ koronavirusun (COVİD-19) yayılması ilə əlaqədar Nyu-Yorkda və bəzi ətraf rayonlardan karantin rejiminin tətbiq edilməsi imkanını nəzərdən keçirir
Tramp Nyu-Yorkda karantinin tətbiq edilməsini nəzərdən keçirir

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp yeni növ koronavirusun (COVİD-19) yayılması ilə əlaqədar Nyu-Yorkda və bəzi ətraf rayonlardan karantin rejiminin tətbiq edilməsi imkanını nəzərdən keçirir.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə D.Tramp Ağ Evin həyətində jurnalistlərə açıqlaması zamanı deyib.

ABŞ prezidenti bildirib: "Biz müəyyən tədbirlər haqqında düşünürük. Bəzi insanlar Nyu-Yorkda karantinin tətbiq olunmasını istəyirlər, çünki bura (xəstəliyin - red.) ocağıdır. Nyu-York, Nyu-Cersi, bəlkə bir və ya daha iki yer, Konnektikutun bəzi rayonları. Mən hal hazırda bu barədə düşünürəm".

Onun sözlərinə görə, karantinin müddəti iki həftə olacaq. D.Tramp bildirib ki, karantin məhz "hərəkətin məhdudlaşdırılması" istiqamətində nəzərdə tutulur: "Floridada problemlər yaranır. Nyu-York bir çox sakini ora gedirlər. Biz bunun baş verməsini istəmirik".

ABŞ prezidenti əlavə edib ki, karantin yükdaşımalarını əhatə etməyəcək, ticarətə təsir etməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti