Bakı. Trend:
Panamada komendant saatını pozan 4 mindən artıq insan saxlanılıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin ictimai təhlükəsizlik nazirinin müavini İvor Pitti bildirib.
İ.Pitti deyib: "Martın 19-u 507 nömrəli sərəncamın qüvvəyə mindiyi vaxtdan <...>, ölkənin bütün ərazisi üzrə 4175 nəfər saxlanılıb".
Bildirilir ki, komendant saatını pozan şəxsləri böyük cərimələr gözləyir.