...

İranda daha iki rəsmi şəxs koronavirusdan öldü

Dünya xəbərləri Materials 1 Aprel 2020 12:59 (UTC +04:00)
İranın Tehran vilayəti Yol və Şəhərsalma İdarəsinin baş direktoru Rza Negəhban da bu gün koronavirus nəticəsində ölüb.
İranda daha iki rəsmi şəxs koronavirusdan öldü

Trend-i buradan izləyin

Bakı. Elnur Bağışov - Trend:

İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayətində Zərşuran qızıl mədəni kompleksinin direktoru Məhəmməd Rza Siyabani koronavirus nəticəsində ölüb.

Bu barədə Trend İran KİV-nə istinadən məlumat verib.

57 yaşlı Siyabani Təbrizin İmam Rza xəstəxanasında 1 ay idi ki, müalicə alırdı.

İranın Tehran vilayəti Yol və Şəhərsalma İdarəsinin baş direktoru Rza Negəhban da bu gün koronavirus nəticəsində ölüb.

Bu barədə Tehran vilayətinin Yol və Şəhərsalma İdarəsi məlumat yayıb.

Məlumata görə, Negəhban 10 gün idi ki, Tehran xəstəxanasında müalicə alırdı.

Qeyd edək ki, İranın Məsləhət Şurasının üzvü Məhəmməd Mirməhəmmədi, Ekspertlər Şurasının üzvü Haşim Bəthayi, İran Xarici İşlər Nazirinin sabiq müşaviri Hüseyn Şeyxülislam, İranın Vatikandakı sabiq səfiri Hadi Xosrovşahi, iki yeni seçilmiş deputat Fatimə Rəhbər və Məhəmməd Əli Ramazani Dəstək və digər rəsmilər koronavirusdan ölüb.

Əlavə edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi ötən günədək (31 mart) 44 606 nəfərin koronavirusa yoluxduğunu, 2 898 nəfərin öldüyünü və 14 656 nəfərin sağaldığını təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti