...

İspaniyadan Aİ-yə təklif: Yardım fondu yaradılsın

Dünya xəbərləri Materials 20 Aprel 2020 12:40 (UTC +04:00)
İspaniya koronavirus pandemiyasından daha çox əziyyət çəkmiş ölkələrin bərpası üçün Avropa İttifaqına 1,5 trilyon avro məbləğində fondun yaradılmasını təklif edəcək
İspaniyadan Aİ-yə təklif: Yardım fondu yaradılsın

Bakı. Trend:

İspaniya koronavirus pandemiyasından daha çox əziyyət çəkən ölkələrin bərpası üçün Avropa İttifaqına 1,5 trilyon avro məbləğində fondun yaradılmasını təklif edəcək.

Trend-in məlumatına görə, İspaniyanın Baş naziri Pedro Sançes belə təkliflə bu həftə Aİ-nin sammiti zamanı çıxış edəcək.

Madridin planına əsasən, yeni yaradılacaq fond Aİ-nin 27 üzv ölkəsi tərəfindən cəlb olunan müddətsiz borc hesabına maliyyələşdiriləcək.

Eyni zamanda ayrı-ayrı dövlətlərə verilən vəsait borc yox, köçürmə olaraq nəzərə alınacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti