...

“Google” “Meet” videozəng xidmətini hər kəs üçün açıq edir

Dünya xəbərləri Materials 29 Aprel 2020 16:33 (UTC +04:00)
“Google” şirkəti “Meet” videozəng xidmətindən istifadəni hər kəs üçün açıq edir
“Google” “Meet” videozəng xidmətini hər kəs üçün açıq edir

Bakı. Trend:

“Google” şirkəti “Meet” videozəng xidmətindən istifadəni hər kəs üçün açıq edir.

Trend-in məlumatına görə, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

İndiyədək xidmət “GSuite” və “GSuite for Education” biznes hesablarının sahibləri üçün əlçatan idi.

May ayından başlayaraq “Google” hesabı olan hər bir istifadəçi “Google Meet” xidmətindən istifadə edə biləcək.

Videozəng zamanı eyni anda 100-dək şəxs iştirak edə bilər. Bir videozəng müddəti 60 dəqiqə ilə məhduddur. Videozəng zamanı ekranı nümayiş etdirmək, real vaxt rejimində redaktə etmək və digər funksiyalardan istifadə mümkün olacaq.

Şirkətdən qeyd olunub ki, “Meet” xidmətindən istifadə etmək üçün “Google” hesabına malik olmaq lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti