...

Bezos dünyanın ilk trilyonçusu ola bilər

Dünya xəbərləri Materials 15 May 2020 07:55 (UTC +04:00)
Bezos dünyanın ilk trilyonçusu ola bilər

Bakı. Trend:

Amerikalı sahibkar və "Amazon" şirkətinin rəhbəri Cef Bezos bir neçə ildən sonra dünyanın ilk trilyonçusu ola bilər.

Trend-in "Lenta.ru"ya istinadən verdiyi məlumata görə, C.Bezos hazırda "Forbes"a görə dünyanın ən varlı insanı sayılır.

"Comparisun" kiçik biznes üçün məsləhət xidmətinin mütəxəssisləri əmindirlər ki, C.Bezosun var-dövləti 2026-cı ildə bir trilyon dollara çatacaq. Amerikalı sahibkardan sonra çinli developer Süy Tszyain ikinci trilyonçu ola bilər.

Hazırda C.Bezosun var-dövləti 143 milyard dollar səviyyəsində qiymətləndirilir. 2020-ci ildə C.Bezos 24 milyard dollar qazanc əldə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti