Bakı. Trend:
Bəzi ölkələrdə "Twitter" sosial şəbəkəsinin işində nasazlıq müşahidə olunur.
Trend-in məlumatına görə, bu barədə Downdetector servisi bildirib.
Ən aktiv şəkildə problemlərin olduğunu Böyük Britaniya, ABŞ, Braziliya və Filippində bildirirlər.
Məlumata əsasən, istifadəçilərin əksəriyyəti (39%) saytdakı uğursuzluqlardan nasazlıq barədə şikayət edir. Digər 37 faizi Android üçün tətbiqetmədə, 13 faiz - iPhone və iPad üçün tətbiqetmədə problem olduğunu bildirir.