...

Ermənistanda koronavirusa yoluxanların sayı 13 min nəfəri keçdi

Dünya xəbərləri Materials 8 İyun 2020 11:01 (UTC +04:00)
Ermənistanda koronavirusa yoluxanların sayı 13 min nəfəri keçdi

Bakı. Trend:

Ermənistanda koronavirusa yoluxanların sayı 13 325 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 195 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 11 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 211 nəfər koronavirusdan ölüb, 9 015 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.

Xəbər lenti

Xəbər lenti