...

Moskvada koronavirusdan ölənlərin sayı 3 231 nəfərə çatıb

Dünya xəbərləri Materials 13 İyun 2020 00:51 (UTC +04:00)
Moskvada koronavirusdan ölənlərin sayı 3 231 nəfərə çatıb

Bakı. Trend:

Ötən sutka ərzində Rusiyanın paytaxtı Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası ilə bağlı edilən testlərin müsbət çıxdığı daha 44 xəstə vəfat edib.

Trend-in məlumatına görə, bu barədə paytaxtın koronavirusa nəzarət və monitorinq üzrə baş qərargahından bildiriblər.

Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 44 xəstə dünyasını dəyişib".

Ümumilikdə paytaxtda koronavirusdan 3 231 nəfər ölüb, son sutkada 1 714 olmaqla 202 935 virusa yoluxma halı qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti