...

Hindistanla Çin sərhədində əsgərlər arasında toqquşma olub, çox sayda ölən var

Dünya xəbərləri Materials 16 İyun 2020 22:50 (UTC +04:00)
Hindistanla Çin sərhədində əsgərlər arasında toqquşma olub, çox sayda ölən var

Bakı. Trend:

Ladax Birlik Ərazisində Hindistan və Çin əsgərləri arasında toqquşmalar baş verib.

Trend-in məlumatına görə, bu barədə "ANİ" informasiya agentliyi xəbər yayıb.

Agentliyin məlumatına əsasən, toqquşmalar nəticəsində azı 20 Hindistan əsgəri həlak olub, Çin tərəfindən isə 43 əsgər ölüb və ya ağır yaralanıb.

Xatırladaq ki, daha əvvəl Hindistanın quru qoşunlarının nümayəndələri bildiriblər ki, ötən gün birlik ərazisində tərəflər arasında toqquşmalar olub, nəticədə Hindistan tərəfinin 3 sərhədçisi həlak olub. Qeyd edilir ki, toqquşmalar zamanı odlu silahdan istifadə olunmayıb. Toqquşmalarda tərəflər daş və dəyənəklərdən istifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti