...

Hindistanda ildırım vurması nəticəsində 100-dən çox insan öldü

Dünya xəbərləri Materials 26 İyun 2020 08:45 (UTC +04:00)
Hindistanda ildırım vurması nəticəsində 100-dən çox insan öldü

Bakı. Trend:

Hindistanın şərqində və şimalında ildırım çaxması nəticəsində 107 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə "The Times of India" qəzeti bildirib.

Məlumata əsasən, hadisə nəticəsində Bihar ştatında 83 sakin, şimal Uttar Pradeş ştatında isə 24 nəfər ölüb.

Həmin vaxtda həlak olanların əksəriyyəti tarlada işləyirmiş. Təcili xidmətlərin artan təhlükə səviyyəsi ilə bağlı elan etdiyi xəbərdarlıqlara baxmayaraq insanlar evlərində oturmayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti