Bakı. Trend:
Hindistanın şərqindəki Bihar ştatında ildırım vurması nəticəsində azı 26 nəfər həlak olub.
Trend-in məlumatına görə, bu, son bir həftə ərzində üçüncü kütləvi ildırım vurması halıdır.
İyunun 25-də 92 nəfər, iyunun 30-da isə 11 nəfər ildırımın qurbanı olmuşdu.
Buna səbəb kimi insanların ildırım vaxtı tarlada işləməyə davam etmələri göstərilir.
Sinoptiklərin məlumatına görə, yağışlı hava və ildırım daha bir neçə gün davam edəcək.