...

Özbəkistanda koronavirusa yoluxanların sayı 10 min nəfəri ötüb

Dünya xəbərləri Materials 6 İyul 2020 03:09 (UTC +04:00)
Özbəkistanda koronavirusa yoluxanların sayı 10 min nəfəri ötüb

Bakı. Trend:

Özbəkistanda ötən sutka ərzində yeni növ koronavirusa daha 312 nəfər yoluxub.

Trend-in "Gazeta.uz"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 10 020 nəfərə çatıb.

Bildirilir ki, ötən gün koronavirusdan 159 nəfər sağalıb, sağalanların ümumi sayı 6 584 nəfər təşkil edir. Koronavirusdan ölənlərin sayı 34 nəfər səviyyəsində qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti