Bakı. Trend:
"Twitter" mikrobloq şəbəkəsinin işində bir neçə ölkədə nasazlıqlar müşahidə olunur.
Trend-in məlumatına görə, bu barədə məlumat Downdetector servisində yerləşdirilib.
Nasazlıqlar ən çox ABŞ-da (porblemlər demək olar ki, bütün ştatlarda qeydə alınır), Meksika, Peru, Böyük Britaniya, Fransa, Almaniya, Hollandiya və Polşada müşahidə olunur.
Bildirilib ki, istifadəçilərin əksəriyyəti (64%) saytın nasazlığından şikayətlənirlər. Da 26 faizi iPhone və iPad üçün tətbiqində, 9 faizi isə Android üçün tətbiqində problemlər ilə qarşılaşırlar.