...

İranda zəlzələ nəticəsində yaralananların sayı 34-ə çatıb

Dünya xəbərləri Materials 7 Sentyabr 2020 10:29 (UTC +04:00)
İranda zəlzələ nəticəsində yaralananların sayı 34-ə çatıb

Trend-i buradan izləyin

Bakı. Elnur Bağışov - Trend:

İranın şimal-şərqində yerləşən Gülüstan vilayətində baş verən zəlzələ nəticəsində 34 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xaledi deyib.

M.Xaledinin sözlərinə görə, yaralılardan 17 nəfərinə yerində xidmət göstərilib, 17 nəfər isə xəstəxanalara aparılıb.

Qeyd edək ki, ötən gecə yerli vaxtla saat 02:04-də İranın Gülüstan vilayətinin Ramian rayonunda 5,1 bal gücündə zəlzələ baş verib. Zəlzələ 9 km dərinlikdə qeydə alınıb.

Ramian rayonu Gülüstan vilayətinin şərqində yerləşir və 85 min nəfər əhalisi var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti