...

Trampın Hollivuddakı ulduzu dağıdılıb (FOTO)

Dünya xəbərləri Materials 3 Oktyabr 2020 11:52 (UTC +04:00)
Trampın Hollivuddakı ulduzu dağıdılıb (FOTO)

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın Hollivudun "Məşhurlar bulvarı"ndakı ulduzu naməlum şəxs tərəfindən dağıdılıb.

Trend-in məlumatına görə, hadisə Halk personajının geyimində olan naməlum şəxs tərəfindən külüng vasitəsilə törədilib.

Hazırda həmin şəxsin axtarışları davam edir. Hücum nəticəsində dəyən ziyanın məbləği 5 min dollar məbləğində qiymətləndirilir.

Qeyd edək ki, D.Trampın Hollivudda ulduzu 2007-ci ildə "Şagird" realiti şousuna görə vurulub. Həmin dövrdən ulduz dəfələrlə hücuma məruz qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti