...

Ermənistanın ədliyyə naziri də istefaya göndərildi

Dünya xəbərləri Materials 24 Noyabr 2020 10:40 (UTC +04:00)

Bakı. Trend:

Ermənistan hökumətində istefalar davam edir.

Trend-in məlumatına görə, ədliyyə naziri Rüstəm Badasyan da istefaya göndərilib. Bu barədə erməni KİV-ləri yazır.

Onun yerinə sabiq polis rəisi Ovanes Koçaryanın təyin olunması nəzərdə tutulsa da, o, bu vəzifədən imtina edib.

R.Badasyan nazir vəzifəsinə 2019-cu ilin iyununda təyin olunmuşdu.

Qeyd edək ki, ötən gün elm, təhsil, mədəniyyət və idman naziri Araik Arutyunyan istefaya göndərilmişdi. Daha əvvəl isə müdafiə naziri, xarici işlər naziri istefa vermişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti