...

“Twitter” təhqirlə bağlı qaydaları sərtləşdirib

Dünya xəbərləri Materials 3 Dekabr 2020 13:31 (UTC +04:00)
“Twitter” təhqirlə bağlı qaydaları sərtləşdirib

Bakı. Orxan Nəbiyev - Trend:

“Twitter” sosial şəbəkəsi irqi, milli və etnik zəmində təhqir xarakterli yazılarla bağlı qaydaları sərtləşdirib.

Trend-in məlumatına görə, bu barədə “Twitter” şirkətinin bəyanatında deyilir.

Yeni qaydalara əsasən qeyd olunan yazılar sosial şəbəkədən silinəcək. Nifrət xarakterli yazılar yazmaqda davam edən hesablar isə dondurulacaq.

Qeyd edək ki, “Twitter” 2019-cu ildə dini zəmində təhqiredici postlarla bağlı, bu ilin martında isə xəstəlik və fiziki məhdudiyyəti alçaldan ifadələr barədə qadağalar tətbiq etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti