...

Rusiyada koronavirusa 29 mindən çox şəxs yoluxdu

Dünya xəbərləri Materials 6 Dekabr 2020 14:09 (UTC +04:00)
Rusiyada koronavirusa 29 mindən çox şəxs yoluxdu

Bakı. Trend:

Rusiyada sutka ərzində koronavirusa yoluxma hallarının sayı 29 039 nəfər artıb, bu da pandemiya başlayandan bəri yeni maksimum göstərici olub.

Trend-in məlumatına görə, bu barədə yeni infeksiya ilə mübarizə üzrə federal operativ qərargahı bildirib. Bundan əvvəl ən yüksək göstərici dekabrın 5-də qeydə alınıb - 28 782 yoluxma halı.

Məlumata əsasən, ümumilikdə Rusiyada 2 460 770 nəfər koronavirusa yoluxub. Hazırda ölkədə 1 937 738 müalicə alır, 1 937 738 nəfəri isə sağalıb. Koronavirusa yoluxan 43 141 xəstə vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti