...

Yeni koronavirus pandemiyası 2021-ci ildə bitəcək - Kanadanın baş naziri

Dünya xəbərləri Materials 15 Dekabr 2020 23:21 (UTC +04:00)
Yeni koronavirus pandemiyası 2021-ci ildə bitəcək - Kanadanın baş naziri

Bakı. Trend:

Kanadanın baş naziri Castin Trüdo hesab edir ki, yeni növ koronavirus (COVİD-19) pandemiyası 2021-ci ildə bitəcək.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə baş nazir jurnalistlərə açıqlamasında bildirib.

C.Trüdo deyib: "Çox uzun bir il oldu, ancaq 2021-ci ildə bu pandemiya sona çatdıqda sizinlə birlikdə bunu qeyd edə bilərik. Biz vaksinlərin hazırlanması ilə pandemiyanın sonunu görürük".

Baş nazir qeyd edib ki, pandemiya davam etdiyi müddətdə kanadalılar özlərini qorumalıdırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti