...

Kanada da Britaniya ilə hava əlaqəsini dayandırdı

Dünya xəbərləri Materials 21 Dekabr 2020 09:04 (UTC +04:00)
Kanada da Britaniya ilə hava əlaqəsini dayandırdı

Bakı. Trend:

Kanada Böyük Britaniyada koronavirusun yeni mutasiyasının aşkarlanması ilə əlaqədar bu ölkə ilə hava əlaqəsini müvəqqəti olaraq dayandırır.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə qərar baş nazir Castin Trüdonun Nazirlər Kabinetinin üzvləri ilə danışıqlarından sonra qəbul edilib. Qərar Bakı vaxtı ilə saat 09:00-da qüvvəyə minəcək və 72 saat davam edəcək.

Qeyd edək ki, dekabrın 14-ü Böyük Britaniyanın səhiyyə naziri Mett Henkok bildirib ki, britaniyalı alimlər ölkədə koronavirusun yeni mutasiyasını aşkarlayıblar. Onun sözlərinə görə, ilkin araşdırmalar göstərir ki, sözügedən ştamm digər ştammlardan daha sürətli yayılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti