...

Kanadada koronavirusun yeni ştammına ilk iki yoluxma halı qeydə alınıb

Dünya xəbərləri Materials 27 Dekabr 2020 05:25 (UTC +04:00)
Kanadada koronavirusun yeni ştammına ilk iki yoluxma halı qeydə alınıb

Bakı. Trend:

Kanadanın Ontario əyalətində koronavirusun Böyük Britaniyada aşkarlanan yeni ştammına ilk iki yoluxma halı qeydə alınıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, koronavirusun yeni ştammına yoluxanlar Darem rayonunda yaşayan cütlükdür.

Bildirilir ki, yoluxan şəxslər yaxın zamanda heç bir səyahət etməyiblər. Hazırda onlar özlərini təcrid ediblər.

Qeyd edək ki, dekabrın 14-ü Böyük Britaniyanın səhiyyə naziri Mett Henkok bildirib ki, britaniyalı alimlər ölkədə koronavirusun yeni mutasiyasını aşkarlayıblar. Onun sözlərinə görə, ilkin araşdırmalar göstərib ki, sözügedən ştamm digər ştammlardan daha sürətli yayılır.

.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti