...

"Twitter" Trampın səhifəsini bağladı

Dünya xəbərləri Materials 9 Yanvar 2021 06:41 (UTC +04:00)
"Twitter" Trampın səhifəsini bağladı

Bakı. Trend:

"Twitter" sosial şəbəkəsinin rəhbərliyi şiddətə səbəb ola biləcəyindən narahat olduğu üçün ABŞ-ın hazırkı prezidenti Donald Trampın şəxsi hesabına girişi daimi əsasda bağlayıb.

Trend-in TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə şəbəkə rəhbərliyinin açıqlamasında deyilir.

Qeyd edilir ki, "şiddətə yeni təhrik etmə təhlükəsi səbəbindən hesab daimi olaraq dayandırılıb". Qərar Amerika liderinin "hesabındakı son mesajları diqqətlə nəzərdən keçirilməsindən" sonra verilib. Hazırda Trampın hesabına giriş yoxdur.

Respublikaçı prezident həmçinin "Twitter"ə alternativ platforma yaratmaq imkanını açıqlayıb. Tramp müvafiq mesajı ABŞ prezidentinin rəsmi "Twitter" səhifəsində yerləşdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti