...

Konqoda Ebola virusuna yeni yoluxma halı aşkarlanıb

Dünya xəbərləri Materials 8 Fevral 2021 01:14 (UTC +04:00)
Konqoda Ebola virusuna yeni yoluxma halı aşkarlanıb

Bakı. Trend:

Konqo Demokratik Respublikasının şərqində Ebola virusuna yeni yoluxma halı aşkarlanıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, Ebola virusuna yoluxan qadın dünyasını dəyişib: "Ebola virusuna yoluxan qadın fevralın 1-də Şimali Kivu əyalətinin Butembo dairəsinin Biena rayonunda aşkarlanmışdı. Onun həyat yoldaşı yerli xəstəxanaya müraciət etmişdi. Ebola virusuna yoluxan qadın fevralın 3-ü vəfat edib. Aparılan müayinələr ilkin diaqnozu təsdiq etdi".

Bildirilir ki, virus aşkarlanan rayona mütəxəssislər briqadası göndərilib, Ümumdünya Səhiyyə Təşkilatının müvafiq xidmətləri məlumatlandırılıb.

Biena rayonunda digər yoluxma halları aşkarlanmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti