...

Yerevanda bir qrup etirazçı hökumət binasına daxil oldu (VİDEO)

Gündəm Materials 1 Mart 2021 13:45 (UTC +04:00)
Yerevanda bir qrup etirazçı hökumət binasına daxil oldu (VİDEO)

Bakı. Orxan Nəbiyev - Trend:

Yerevanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən bir qrup etirazçı hökumət binasına daxil olub.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, etirazçılar dövlət qurumlarının əməkdaşlarını N.Paşinyanın elan etdiyi mitinqdə iştirak etməməyə çağırıb.

Hökumət əleyhinə bir neçə şüarlar səsləndirən şəxslər daha sonra binanı tərk edib.

Həmin binada bir neçə nazirliyin ofisi yerləşir.

Xatırladaq ki, N.Paşinyan bu günə öz tərəfdarlarını mitinqə çıxmağa çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti