...

Əfqanıstan və ABŞ prezidentləri arasında telefon danışığı olub

Dünya xəbərləri Materials 24 İyul 2021 02:01 (UTC +04:00)
Əfqanıstan və ABŞ prezidentləri arasında telefon danışığı olub

Bakı. Trend:

Əfqanıstan prezidenti Əşrəf Qani və ABŞ prezidenti Cozef Bayden arasında telefon danışığı olub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə özünün "Twitter" səhifəsində Əfqanıstan prezidenti yazıb.

Ə.Qani bildirib: "Bu gün axşam prezident Baydenlə telefonda danışdım. <...> Məni Əfqanıstanın Silahlı Qüvvələrinə dəstəyin davam edəcəyinə inandırdı".

Onun sözlərinə görə, liderlər iki dövlət arasındakı əməkdaşlığı, Əfqanıstan hökuməti və ordusuna iqtisadi və diplomatik dəstəyi və "son 20 ildə əldə edilən uğurların saxlanılmasının" vacibliyini də müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti