Bakı. Trend:
Gürcüstanda gün ərzində ikinci dəfə zəlzələ baş verib.
Trend-in "1TV" telekanalına istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Tbilisi şəhərindən 54 kilometr aralıda yerləşib, maqnitudası isə 3,7 bal təşkil edib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.