...

Kanadanın baş naziri ABŞ prezidentinə mərcdə uduzub

Dünya xəbərləri Materials 3 Avqust 2021 12:46 (UTC +04:00)
Kanadanın baş naziri ABŞ prezidentinə mərcdə uduzub

Bakı. Orxan Nəbiyev - Trend:

Kanadanın baş naziri Castin Trüdo ABŞ prezidenti Co Baydenə mərcdə məğlub olub.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat üçün açıqlamasında deyilir.

Qeyd olunub ki, liderlər bir müddət əvvəl Amerika Milli Hokkey Liqasının finalında qarşılaşan "Tampa Bey Laytninqz" və "Monreal Kanadienz" cütünün qalibi ilə bağlı mərcə girib. Final seriyasında "Tampa Bey" Kanada klubunu üstələyib.

Nəticədə mərci uduzan C.Trüdo C.Baydenə Monreal üsulu ilə hazırlanan hisə verilmiş ət hədiyyə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti