...

Yaponiyanın Atom Elektrik Stansiyasında yanğın olub

Dünya xəbərləri Materials 17 Avqust 2021 04:36 (UTC +04:00)
Yaponiyanın Atom Elektrik Stansiyasında yanğın olub

Bakı. Trend:

Yaponiyanın Sidzuoka prefekturasında yerləşən "Xamaoka" Atom Elektrik Stansiyasının turbin zalında yanğın olub.

Trendxəbər verir ki, bu barədə “Kyodo” agentliyi bildirib.

“Chubu electric power” stansiyasının şirkətinin operatorunun məlumatına görə, yanğın siqnalizasiyası stansiyanın beşinci reaktorunun turbin zalında işə düşüb. Tüstülənmə baş verib.

Zərərçəkənlər haqqında informasiya yoxdur, "Xamaoka" stansiyasında və onun hüdudları xaricində radiasiyanın səviyyəsində dəyişikliklər qeydə alınmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti