...

Britaniyada koronavirusa 37 mindən çox yeni yoluxma halı qeydə alınıb

Dünya xəbərləri Materials 6 Sentyabr 2021 02:40 (UTC +04:00)

Bakı. Trend:

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 37 011 yoluxma halı qeydə alınıb.

Trend-in "Sinxua"ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 6 978 126nəfərə çatıb.

Bildirilir ki, ötən sutkada koronavirusdan 68 nəfər, hazırkı dövrədək isə 133 229 nəfər vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti