...

İspaniyanın Palma adasında püskürən vulkanın lava axını okeana çatıb

Dünya xəbərləri Materials 29 Sentyabr 2021 05:42 (UTC +04:00)
İspaniyanın Palma adasında püskürən vulkanın lava axını okeana çatıb

Bakı. Trend:

İspaniyanın Palma adasındakı vulkandan lava axını Atlantik okeanına çatıb.

Trend-in məlumatına görə, bu barədə "El Pais" qəzetinə hadisənin şahidləri və Tasakorte şəhərinin meri Xuan Miqel Rodriqes təsdiq edib.

Məlumata əsasən, lava axını dəniz suyu ilə təmasda olduqda qara və ağdan zəhərli buludlar əmələ gəlir. Buxarlar ölümcül ola bilər: 1971-ci ildə adada əvvəlki püskürmə nəticəsində bir nəfər zəhərləyici toksinlərdən ölüb.

El Pais qeyd edir ki, vulkanın aktivliyi və lavanın hərəkəti gözlənilməzdir, bəzən sürətlənir, bəzən isə yavaşlayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti