Bakı. Trend:
Gürcüstan hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışda olan sabiq prezident Mixeil Saakaşvilinin həbs edilməsi istiqamətində əməliyyat həyata keçirib.
Trend xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumət administrasiyasında keçirilən brifinqdə deyib.
Baş nazir qeyd edib ki, hüquq-mühafizə orqanları onun Ukraynadan Gürcüstana hərəkəti barədə öncədən məlumatlı olub.