Bakı. Orxan Nəbiyev - Trend:
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə tibbi yardım helikopteri qəzaya uğrayıb.
Trend-in məlumatına görə, qəza nəticəsində 4 nəfər həlak olub.
Qeyd olunur ki, həlak olanlardan ikisi pilot, ikisi isə həkim olub.
Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.