Bakı. Orxan Nəbiyev - Trend:
Rusiyada koronavirusdan gündəlik ölüm hallarında indiyədək ən yüksək göstərici qeydə alınıb.
Trend-in məlumatına görə, son sutka ərzində ölkədə 936 nəfər vəfat edib. Bunadək ən yüksək göstərici, 929 ölüm faktı oktyabrın 6-da qeydə alınmışdı.
Eyni zamanda son sutkada Rusiyada 27 246 nəfər koronavirusa yoluxub.
Bu günədək Rusiyada koronavirusa yoluxanların sayı 7,7 milyon nəfəri ötüb, ölənlərin sayı isə 214 485 nəfərə çatıb.