...

Ədən körfəzində İran tankerinə quldur hücumunun qarşısı alınıb

Dünya xəbərləri Materials 16 Oktyabr 2021 18:56 (UTC +04:00)
Ədən körfəzində İran tankerinə quldur hücumunun qarşısı alınıb

Bakı. Trend:

İran İslam Respublikasının silahlı qüvvələri Ədən körfəzində İran tankerinə quldurların hücumunu dəf edib.

Trend-in məlumatına görə, bu barədə ölkə ordusunun Hərbi Dəniz Qüvvələrinin komandanı Əmir Şəhram İrani bildirib.

O qeyd edib ki, hücumda beş quldur qayığı iştirak edib: "Açılan atəş nəticəsində bu qayıqlar xeyli məsafəyə qədər uzaqlaşdırılıb."

Əmir Şəhram İrani bildirib ki, tanker təhlükəli ərazini tərk edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti