...

Atlantik Kanadaya güclü siklon yaxınlaşır

Dünya xəbərləri Materials 21 Noyabr 2021 04:17 (UTC +04:00)

Bakı. Trend:

Kanadanın Atlantik vilayətlərinə güclü leysan siklonu yaxınlaşır.

Trend-in məlumatına görə, bu barədə Kanada Milli Hava Bürosu xəbərdarlıq verib.

Noyabrın 21-dən 22-nə keçən gecə Yeni Şotlandiya, Nyu-Brunsvik və Şahzadə Eduard Adasında leysan yağışların başlayacağı gözlənilir. Bu müddət ərzində 100-150 mm yağıntı düşə bilər ki, bu da aylıq normadan artıqdır.

Yağışlar noyabrın 24-nə qədər davam edə bilər. Bundan əlavə, əlverişsiz hava 25 m/s-ə qədər fırtınalı küləklə müşayiət olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti