Bakı. Trend:
Dekabrın 11-nə keçən gecə ABŞ-ın Kentukki ştatında başlayan tornado nəticəsində ən azı 74 nəfər həlak olub. Ən azı 109 nəfər hələ də itkin düşmüş hesab olunur.
Trend-in məlumatına görə, bu barədə mətbuat konfransı zamanı ştatın qubernatoru Endi Beşir bildirib.
Ştatın hakimiyyət orqanları dekabrın 12-də 64 nəfərin öldüyünü təsdiqləyib: "Hazırda itirdiyimiz 74 Kentukki sakini var. Ölənlərin sayının artacağını gözləyirik, 109 Kentukki sakininin itkin düşmüş hesab olunur".
E.Beşir onu da bildirib ki, itkin düşən və ölənlərin sayı, böyük ehtimalla, indiyə qədər açıqladığı rəqəmlərdən xeyli çoxdur.