Bakı. Trend:
ABŞ-ın Kentukki ştatında tornado nəticəsində 74 nəfər həlak olub, 100-dən artıq insan isə itkin düşüb.
Trend-in "CNBC" telekanalına istinadən verdiyi məlumata görə, bunu ştatın qubernatoru Endi Beşir deyib.
Onun sözlərinə görə, itkin düşənlərin axtarışı və xilas edilməsi üzrə çox sayda əməliyyatlar keçirilir.
"Yaxşı xəbər varsa, o da dünəndən bəri ölənlərin sayının dəyişməməsidir", - deyə qubernator bildirib.
E.Beşir qeyd edib ki, həlak olanlardan 8 nəfərinin şəxsiyyəti hələ müəyyən edilməyib.