...

Kraliça II Yelizaveta "omicron" dalğası fonunda Milad ərəfəsində səfərini təxirə salıb

Dünya xəbərləri Materials 21 Dekabr 2021 02:49 (UTC +04:00)
Kraliça II Yelizaveta "omicron" dalğası fonunda Milad ərəfəsində səfərini təxirə salıb

Bakı. Trend:

Böyük Britaniya Kraliçası II Yelizaveta Milad bayramını İngiltərənin şərqindəki Sandringham malikanəsində keçirməmək qərarına gəlib.

Trend kraliçanın mətbuat xidmətinə istinadən xəbər verir ki, 95 yaşlı monarx tətilini pandemiya zamanı ən çox vaxt keçirdiyi Londonun qərbindəki Vindzor qalasında keçirəcək.

İllər ərzində kral ailəsinin üzvləri Milad bayramı tətillərini Sandringham malikanəsində keçirirlər. Ailənin digər üzvləri virusa qarşı müvafiq qabaqlayıcı tədbirlər görülmək şərtiylə Milad bayramını burada keçirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti