...

Gələn həftə Vyanada İranın nüvə proqramında dair danışıqların növbəti raundu baş tutacaq

Dünya xəbərləri Materials 24 Dekabr 2021 01:13 (UTC +04:00)
Gələn həftə Vyanada İranın nüvə proqramında dair danışıqların növbəti raundu baş tutacaq

Bakı. Trend:

Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) Birgə Komissiyasının bazar ertəsi toplantısı nəzərdə tutulur.

Trend xəbər verir ki, bu barədə Avropa İttifaqının bəyanatında deyilir.

Qeyd olunur ki, Komissiyanın iclasında ABŞ-ın İrana qarşı qeyri-qanuni sanksiyalarının aradan qaldırılması yolları müzakirə olunacaq

Birgə Komissiyanın iclası Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibinin müavini Enrike Moranın sədrliyi altında keçəcəyi bildirilir.

Həmçinin, ABŞ-ın 2015-ci il İran nüvə sazişinə qayıtması imkanlarını və razılaşmanın bütün tərəflərlə tam şəkildə həyata keçirilməsinin təmin edilməsi yollarını müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti